send link to app

Ozsut


4.8 ( 9488 ratings )
Бизнес
Разработчик Frazex LLC
бесплатно

İlk dəfə olaraq, 1938-ci ildə Səfər Usta İzmirdə “Özsüt Muhallebicisi” adlı yoğurt və
qaymaqların satıldığı bir dükan açdı. Daha sonra 1980-ci ildə İbrahim Urlulu bütün idarəetməni
öhdəsinə götürərək indiki tanıdığımız Özsütün əsasını qoydu. Özsütün ənənəvi şirniyyat çeşidləri
Osmanlı mətbəxindən gəlir. 2000-2001-ci illərdə Özsüt daha sürətlə böyüməyə başladı. 2014-cü
ilin may ayında Bakıda Özsütün ilk şöbəsi müştərilərin xidmətinə verildi. Hal-hazırda 5 şöbə
fəaliyyət göstərir: Atatürk parkı şöbəsi, Gənclik mall şöbəsi, Elmlər şöbəsi, Qış parkı şöbəsi və
Fəvvarələr meydanı şöbəsi. Hər 5 şöbədə Türkiyə mətbəxinə məxsus Özsüt təamları, müxtəlif
qənnadı məmulatları ilə yanaşı, İtalyan və Meksika mətbəxinin ləziz çeşidləri, bol sevgi ilə
hazırlanmış isti və soyuq içkilər müştərilərə təqdim edilməkdədir. Şirniyyatlarda ancaq özəl
fermalardan gələn təzə günlük süd məhsullarından istifadə edilir. Südlü şirniyyatların ləzzəti və
toxuması məxsusi dəyirmanlarda düyünü üyüdərək hazırlanan sübyedən gəlir. Tortlarda sadəcə
Özsüt mətbəxinin ənənəvi reseptlərindən və diqqətlə hazırlanan kremlərdən istifadə edilir.
Ölkənin parlaq günəşi altında yetişən təravətli, təzə meyvələr balacaların sevimlisi olan
dondurmalara, desertlərə xüsusi rəngarənglik verir.